GiLTEX LLC
GiLTEX LLC 2012-ci ildə Sumqayıt şəhərində yaradılmış iri toxuculuq müəssisəsidir. Şirkət Azərbaycanda və Cənubi Qafqaz regionunda tam vertikal inteqrasiya olunmuş istehsal sisteminə malik yeganə müəssisədir və toxuculuq istehsalının bütün texnoloji zəncirini - saplama prosesindən hazır məhsul istehsalına qədər - əhatə edir. Şirkətin tərkibinə saplama fabriki, iki toxuculuq fabriki, iki boyaq müəssisəsi, tikiş fabriki və tibbi maska istehsalı fabriki daxildir. İstehsalat sahələri Almaniyanın Karl Mayer və Mayer&Cie, Belçikanın Picanol və İtaliyanın Itema kimi tanınmış brendlərinin müasir avadanlıqları ilə təchiz olunub. Aylıq istehsal gücü 1 400 000 xətti metr xam parça, 135 ton trikotaj parça və 80 ton məhsul (dəsmal növləri) təşkil edir. Məhsullar əsasən 100% pambıqdan hazırlanır və kreton, ranfors, sateen, gabardin, ripstop kimi toxuma parçaları, interlok, lakosta, ribana kimi trikotaj növlərini, həmçinin dəsmal və xalatları əhatə edir. Bundan əlavə, şirkət məktəb və hərbi geyimlər, iş geyimləri, polo köynəklər, yataq dəstləri və eko-çantalar kimi hazır məhsullar da istehsal edir. GiLTEX ISO 9001:2015 standartına uyğun keyfiyyət idarəetmə sisteminə və AZS uyğunluq sertifikatına malikdir. Ümumi istehsal sahəsi təxminən 20 000 m²-dir.