Bir
Bir - Azərbaycanda maliyyə, alış-veriş və nəqliyyat xidmətlərini bir platformada birləşdirən rəqəmsal ekosistemdir. Ekosistemə müasir bank xidmətləri, kreditlər və əmanətlər təklif edən Birbank; illik endirimlər, hissə-hissə ödəniş və bonus imkanları olan onlayn alış-veriş platforması Birmarket.az; sürətli ödənişlər, nağd kredit və kommunal ödənişlər üçün elektron cüzdan m10; ictimai nəqliyyatda QR kodla rahat ödəniş imkanı verən BakıKart; həmçinin dünya brendlərinə çıxış təmin edən Trendyol tərəfdaşlığı daxildir. Vahid giriş sistemi One ID istifadəçilərə bir hesabla bütün Bir xidmətlərinə giriş imkanı verir, Bir Pay isə ödəniş və kredit alətlərini tək idarəetmə panelində birləşdirir. Bir Bonus loyallıq proqramı Birbank, m10 və Birmarket.az vasitəsilə edilən ödənişlərə, həmçinin tərəfdaş şəbəkəsindəki alış-verişlərə görə bonuslar qazandırır. CNBC və Statista tərəfindən dünyanın aparıcı fintech şirkətləri arasında tanınan Bir, UnionPay kimi qlobal ödəniş sistemləri ilə əməkdaşlıq edərək Azərbaycanda milyonlarla insanın həyatını asanlaşdırmağa davam edir.